Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 7-14 sentyabr həftəsində 1,178 mlrd. ABŞ dolları azalaraq 87,575 mlrd. dollara düşüb.
Bu barədə “Report” quruma istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə təmzimləyici orqanın qızıl ehtiyatları 74 mln. dollar artaraq 18,654 mln. dollar, valyuta ehtiyatları isə 1,252 mlrd. dollar azalaraq 68,921 mlrd. dollar təşkil edib.