Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
21 May , 2020 15:13
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,5% bəndi azaldılaraq 8,75%-dən 8,25%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında isə 9,75%-dən 8,75%-ə endirilmişdi. 

Son xəbərlər

Orphus sistemi