Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
24 oktyabr 2019 11:36
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında isə 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə endirilmişdi. 

Son xəbərlər

Orphus sistemi