Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə endirib Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
148
18 Noyabr , 2021 15:08
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 16 %-dən 15 %-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17 %-dən 19 %-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19 %-dən 18 %-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18 %-dən 16 %-ə endirilmişdi.

Son xəbərlər

Orphus sistemi