Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi haqqında qərarı bu həftə açıqlayacaq

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi haqqında qərarı bu həftə açıqlayacaq Türkiyə Mərkəzi Bankı (TCMB) həftənin cümə axşamı fevral ayı üçün uçot dərəcəsi haqqında qərarını açıqlayacaq. Daha əvvəl TCMB uçot dərəcəsi 14% səviyyəsində saxlayıb.
Maliyyə
14 Fevral , 2022 09:56
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi haqqında qərarı bu həftə açıqlayacaq

Türkiyə Mərkəzi Bankı (TCMB) həftənin cümə axşamı fevral ayı üçün uçot dərəcəsi haqqında qərarını açıqlayacaq. Daha əvvəl TCMB uçot dərəcəsi 14% səviyyəsində saxlayıb.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında uçot dərəcəsi 100 baza bəndi aşağı salınaraq, 15%-dən 14%-ə endirilib.

Qeyd edək ki, 2021-ci ildə TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra lirə kəskin şəkildə dəyər itirib. Belə ki, ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Noyabr ayının 23-cü qeydə alınmış 18%-lik eniş son20 ilin ən yüksək göstəricisi olub.

Son xəbərlər

Orphus sistemi