Türkiyə Mərkəzi Bankı faizləri dəyişdirməyib

Türkiyə Mərkəzi Bankı faizləri dəyişdirməyib "Report": İclasın nəticələri ölkədə dolların məzənnəsinə ciddi təsir göstərməyəcək
Maliyyə
27 İyul , 2017 15:18
Türkiyə Mərkəzi Bankı faizləri dəyişdirməyib

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.

"Report" xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəl, iyunun 15-də keçirilən iclasda da faizlər sabit saxlanılıb. Bununla da TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP isə 12,25%-də təsdiqlənib.

"Report"un analitik qrupu TCMB iclasının nəticələrinin ölkədə dolların məzənnəsinə ciddi təsir göstərməyəcəyini bildirir. Yay aylarında dolların məzənnəsinin 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi