Türkiyə iqtisadiyyatı 2,6% artıb

Türkiyə iqtisadiyyatı 2,6% artıb Ötən il Türkiyənin Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,6% artıb.
Maliyyə
11 Mart , 2019 13:43
Türkiyə iqtisadiyyatı 2,6% artıb

Ötən il Türkiyənin Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,6% artıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 2017-ci ildə bu rəqəm 7,4% təşkil edib.

Kənd təsərrüfatı sektoru 1,3%, sənaye sektoru 1,1% artarkən, inşaat sektoru 1,9% azalıb. Həmçinin ticarət, iaşə, nəqliyyat, xidmət sektorunda da artım 5,6% olub.

Bundan başqa, 2018-ci ilin IV rübündə ölkədə ÜDM-in həcmi 3% azalıb.

Ekspertlər Türkiyə iqtisadiyyatında durğunluğun 2019-cu ilin yarısına qədər davam edə biləcəyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi