Türkiyə ilə Rusiya arasında buğda satışında "bitcoin"dən istifadə edilib

Türkiyə ilə Rusiya arasında buğda satışında "bitcoin"dən istifadə edilib Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən ay Rusiyanın Rostov şəhərindən Türkiyənin Samsun şəhərinə göndərilən 3 min ton buğdanın nəqliyyat xərcləri bitcoinlə ödənilib. 
Maliyyə
24 Yanvar , 2018 12:04
Türkiyə ilə Rusiya arasında buğda satışında bitcoindən istifadə edilib
George Frey/Getty Images

Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən ay Rusiyanın Rostov şəhərindən Türkiyənin Samsun şəhərinə göndərilən 3 min ton buğdanın nəqliyyat xərcləri "bitcoin"lə ödənilib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Prime Shipping Foundation" nəqliyyat-daşımaçılıq şirkəti məlumat yayıb. 

Şirkət ilk dəfə daşımaçılıq əməliyyatında blokçeyn texnologiyasından istifadə edildiyini bildirilb. "Prime Shipping Foundation"ın baş icraçı direktoru İvan Vikulov qeyd edib ki, "bitcoin"lə əməliyyat onların tətbiq etməyə başladıqları pilot layihənin bir hissəsidir. O, gələcəkdə şirkətin öz kriptovalyutalsını dövriyyəyə buracağını da istisna etməyib: "Hazırda mövcud olandan daha sürətli və sadə bir beynəlxalq hesablaşma sistemi yaratmaq istəyirik".

Son xəbərlər

Orphus sistemi