Türkiyə, Braziliya və Çində bank böhranı ola bilər

Türkiyə, Braziliya və Çində bank böhranı ola bilər ​Beynəlxalq Hesablaşmalar Bankı: İndoneziya, Sinqapur və Tailandda da böhran riski yüksəkdir
Maliyyə
14 Sentyabr , 2015 11:00
Türkiyə, Braziliya və Çində bank böhranı ola bilər

Bakı. 14 sentyabr. REPORT.AZ/ Beynəlxalq Hesablaşmalar Bankının (BHB) rüblük məruzəsində aralarında Braziliya, Türkiyə və Çinin də yer aldığı bəzi ölkələrin bank sistemində böhran ehtimalı olduğu bildirilib.

"Report" BHB-nin məruzəsinə istinadən xəbər verir ki, özəl sektor kreditlərinin uzunmüddətli trenddən nə qədər kənarlaşdığını göstərən Kredit/ÜDM nisbəti Çində 25,4%-ə yüksələrək böyük iqtisadiyyata sahib olan ölkələr arasında ən maksimal həddə çatıb. İkinci sırada Türkiyə (16,6%), üçdə Braziliya (15,7%) qərarlaşıb. Sənəddə qeyd olunur ki, maliyyə tarixində bu nisbətin 10%-i keçdiyi ölkələrdə bank böhranının meydana gəlməsi riski 67%-ə bərabərdir.

Xatirlatmaq lazımdır ki, İndoneziya, Sinqapur və Tailandda da bu göstəricisi 10%-dən artıqdır.

Son xəbərlər

Orphus sistemi