Türkiyə bir ildə 163 mlrd. dollar xarici borc ödəyəcək

Türkiyə bir ildə 163 mlrd. dollar xarici borc ödəyəcək Türkiyənin beynəlxalq ehtiyatları isə 111 mlrd. dollara bərabərdir
Maliyyə
17 Yanvar , 2017 14:23
Türkiyə bir ildə 163 mlrd. dollar xarici borc ödəyəcək

Bakı 17 yanvar. REPORT.AZ/ Türkiyədə dövlət və özəl sektorun 1 dekabr 2016-cı il-1 dekabr 2017-ci il tarixləri arasında ödəyəcəyi xarici borcunun ümumi həcmi 163,3 mlrd. ABŞ dolları təşkil edəcək. "Report"un "Haberler" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatında məlumat verilib. 

Hesabatda bildirilib ki, bu məbləğin 19 mlrd. dolları və ya 11,6%-i Türkiyədə yerləşən bankların və özəl sektorun müvafiq olaraq özlərinin xaricdə yerləşən şöbələrinə və törəmə şirkətlərinə borclarından ibarətdir.

Məcmu borcun tərkibinə baxdıqda, dövlət sektorunun xüsusi çəkisinin 15,5%, TCMB-nin 0,5%, özəl sektorun isə 84% təşkil edildiyi görərik. Qısamüddətli xarici borcun 51%-i dollar, 30,6%-i avro, 15,6%-i türk lirəsi və 2,8%-nin digər valyutalardan ibarət olduğu qeyd olunub.

Qeyd edək ki, 6 yanvar tarixinə Türkiyənin qızıl-valyuta ehtiyatları 111 mlrd. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi