Türkiyə Azərbaycanın sığorta sektorunun rəqəmsallaşmasına kömək edəcək

Türkiyə Azərbaycanın sığorta sektorunun rəqəmsallaşmasına kömək edəcək Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun rəqəmsallaşması ilə bağlı layihənin icrasına başlayacaq.
Maliyyə
14 Mart , 2022 11:01
Türkiyə Azərbaycanın sığorta sektorunun rəqəmsallaşmasına kömək edəcək
Ziya Əliyev

Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun rəqəmsallaşması ilə bağlı layihənin icrasına başlayacaq.

"Report" xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev bildirib.

O, bu sahədə Türkiyə modelinin Azərbaycana gətirilməsi və burada tətbiqinin nəzərdə tutulduğunu qeyd edib:

"Sığorta Bilgi Mərkəzi Türkiyənin bu sahədə ən böyük "now-how"sudur. Biz onu Azərbaycana gətirib tətbiq etmək niyyətindəyik".

Onun sözlərinə görə, bazar infrastrukturunun inkişafı istiqamətində sığorta vasitəçiləri, müstəqil ekspertlər mübahisələrin həlli mexanizmlərinin inkişafı sahəsində Türkiyə tərəfi ilə əməkdaşlıq edirlər: "Türkiyədə inkişaf etmiş sahələrdən biri də icbari sığortadır. Bu sahədə də əməkdaşlıq edirik".

Son xəbərlər

Orphus sistemi