Türk lirəsi ucuzlaşmaqda davam edir

Türk lirəsi ucuzlaşmaqda davam edir Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün yenidən rekord vurub.
Maliyyə
6 aprel 2018 06:46
Türk lirəsi ucuzlaşmaqda davam edir

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün yenidən rekord vurub. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında TRY/USD nisbəti 4,0618 olub. 

Hazırda qonşu ölkədə Amerika valyutasının məzənnəsi 4,05 lirə ətrafında dəyişir. 

Xatırladaq ki, ötən gün Türkiyədə dollar 4,04 lirəyə, avro isə 4,96 lirəyə qədər bahalaşmışdı. Milli valyutanın dəyərdən düşməsi əsasən ölkədaxili və qlobal siyasi vəziyyətlə izah olunur. 

Son xəbərlər

Orphus sistemi