Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb

Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və nizamnaməsinin gələn ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Sərgisində müzakirə edilməsi ilə bağlı razılıq əldə edib.
Maliyyə
1 Dekabr , 2022 15:46
Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb

Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və Nizamnaməsinin gələn ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Sərgisində müzakirə edilməsi ilə bağlı razılıq əldə edib.

"Report" bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ qurumda Türkiyə Sığorta Birliyinin (TSB) sədri Atilla Benli və Birliyin İcraçı direktoru Özgür Obalı ilə keçirilmiş görüşdə müzakirə olunub.

ASA TSB ilə 2020-ci ilin noyabr ayından qarşılıqlı əməkdaşlığa başlayıb.

Türk Dünyası Sığorta Birliyi bu ilin may ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.

Son xəbərlər

Orphus sistemi