Bakı. 16 iyun. REPORT.AZ/ "Turanbank" ASC tibb işçilərinə peşə bayramları münasibətilə iyunun 17-19-da bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.
Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, 17 iyun - Tibb işçilərinin peşə bayramı 2001-ci ildən qeyd edilir.