​"Turanbank" yeni kredit aksiyası keçirir

​"Turanbank" yeni kredit aksiyası keçirir Azərbaycanın "Turanbank" ASC oktyabrın 1-3-də prokurorluq orqanlarının əməkdaşları üçün mövcud istehlak kreditlərinin
Maliyyə
1 Oktyabr , 2014 12:54
​Turanbank yeni kredit aksiyası keçirir
Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC oktyabrın 1-3-də prokurorluq orqanlarının əməkdaşları üçün mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

Kredit faizlərində endirim "Turanbank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. Göstərilən tarixlərdə "Turanbank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Qeyd edək ki, Bankın 15 xidmət nöqtəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq orqanlarının fəaliyyətə başladığı gün - oktyabr ayının 1-i ölkədə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi