​"Turanbank" yeni kredit aksiyası keçirir

​"Turanbank" yeni kredit aksiyası keçirir Bankın istənilən filialına müraciət etməklə endirimdən yararlanmaq mümkündür
Maliyyə
18 İyun , 2015 16:33
​Turanbank yeni kredit aksiyası keçirir

Bakı. 18 iyun. REPORT.AZ/ "Turanbank" ASC Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin kollektivinə peşə bayramları münasibətilə iyunun 22-24-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 20-si ölkəmizdə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi