​"Turanbank" yeni endirim aksiyası keçirir

​"Turanbank" yeni endirim aksiyası keçirir Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir
Maliyyə
23 May , 2015 14:52
​Turanbank yeni endirim aksiyası keçirir

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına peşə bayramları münasibətilə mayın 25-27-də bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanda hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi