​"Turanbank" nizamnamə kapitalını artırıb

​"Turanbank" nizamnamə kapitalını artırıb Bankın məcmu kapitalı iyunun 1-nə 51,7 mln. manat təşkil edib
Maliyyə
25 İyun , 2015 14:24
​Turanbank nizamnamə kapitalını artırıb

Bakı. 25 iyun. REPORT.AZ/ "Turanbank" ASC sənədsiz, adlı səhmlərin əlavə emissiyasını yerləşdirməklə nizamnamə kapitalını 6,4% artıraraq 50,003 mln. manata çatdırıb.

"Report"un Banka istinadən veridiyi xəbərə görə, hər birinin dəyəri 1 082 manat olmaqla 2 773 ədəd (ümumi məbləği - 3 000 386 manat) səhm yerləşdirilib. 

Səhmlərin alqı-satqısı Bakı Fond Birjasında həyata keçirilib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nizamnamə kapitalının artımının qeydiyyatdan keçirilməsini artıq başa çatdırıb.

Bankın məcmu kapitalı isə 2015-ci il iyunun 1-nə 51,7 mln. manat təşkil edib.

Hazırda bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi