Bakı. 17 oktyabr. REPORT.AZ/ "Turanbank" ASC manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, hazırda "Turanbank" 1 il müddətinə milli valyutada yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 16-16,5% dividend ödəyir. İndiyə qədər bu göstərici 13-13,4% olub.
Bankın ABŞ dolları və avro ilə 1 illik əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.
Xatırladaq ki, "Turanbank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur.