"Turanbank" maliyyə vəziyyətini açıqlayıb

"Turanbank" maliyyə vəziyyətini açıqlayıb Bakı. 17 aprel. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 8% azalaraq bu il aprelin 1-nə 495 054 min manat təşkil edib.
Maliyyə
17 Aprel , 2018 14:29
Turanbank maliyyə vəziyyətini açıqlayıb

Bakı. 17 aprel. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 8% azalaraq bu il aprelin 1-nə 495 054 min manat təşkil edib.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Turanbank"ln kredit portfeli 0,8% azalaraq 272 253 min manat olub.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 9% azalaraq 436 114 min manat, o cümlədən depozit portfeli 8% azalaraq 224 753 min manat olub. 

Martın sonuna "Turanbank"ın nizamnamə kapitalı 55 003 min manat, cəmi kapitalı isə 58 940 min manat təşkil edib.

"Turanbank" 2018-ci ilin yanvar-mart aylarında 216 min manat zərər edib. I rübdə Bankın faiz gəlirləri 7 243 min manat, faiz xərci 5 119 min manat, qeyri-faiz gəlirləri 810 min manat, qeyri-faiz xərcləri 3 004 min manat təşkil edib.

Xatırladaq ki, 2017-ci ilin I rübündə Bankın zərəri 1 199 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi