"Turanbank"ın zərəri azalır

"Turanbank"ın zərəri azalır Bakı. 19 oktyabr. REPORT.AZ/
Maliyyə
19 Oktyabr , 2017 10:13
Turanbankın zərəri azalır

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 525,655 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.

“Turanbank”ın aktivlərinin 53%-ni və yaxud 278,368 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 4,4% böyüyüb.

Hesabat dövründə “Turanbank”ın cəmi öhdəlikləri 2,8% artaraq 466,215 mln. manata, o cümlədən depozit portfeli 14,1% artaraq 251,835 mln. manata çatıb.

İl ərzində bankın balans kapitalı 9,3% artaraq 59,441 mln. manat, nizamnamə kapitalı isə 10% artaraq 55,003 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında “Turanbank”ın faiz gəlirləri 22,449 mln. manat (1 il əvvələ nisbətən 11,6% az), faiz xərcləri 15,616 mln. manat (18,5% az), qeyri-faiz gəlirləri 3,191 mln. manat (19,2% çox), qeyri-faiz xərcləri isə 9,375 mln. manat (4,1% çox) təşkil edib. Son nəticədə bankın 9 aylıq xalis əməliyyat mənfəəti 648 min manat olub (ötən ilin eyni dövründə 92 min manat xalis əməliyyat zərəri olub).

Bu il “Turanbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 1,4% çox – 1,027 mln. manat ayırıb və yanvar-sentyabr aylarını 379 min manat xalis zərərlə başa vurub. Bu, illik müqayisədə 65,7% azdır. Bu ilin I yarısının yekunu ilə müqayisədə isə Bank zərərini 60 azaldıb.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi