“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib Bakı Fond Birjasında bankın səhmlərinin alqı-satqısı üzrə əqd bağlanıb
Maliyyə
23 May , 2017 18:01
“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

Bakı. 23 may. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Turanbank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanıb.

"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər bu gün təkrar bazarda əldə edilib.

Söhbət hər birinin nominal dəyəri 1 082 manat olan 10 səhmdən (toplam – 10 820 manatlıq) gedir. Səhmləri alan və satan tərəflər açıqlanmır.

“Report”un əldə etdiyi məlumata görə isə sövdələşmə nəticəsində bankın səhmdarlarının sayında dəyişiklik olmayıb. Başqa sözlə, səhmdarlardan biri payını azaldıb, digəri isə artırıb. Bununla da, pay bölgüsü cüzi dəyişib.

Qeyd edək ki, BFB-nin Listinq Komitəsinin 2015-ci ilin may ayında qəbul etdiyi qərarla “Turanbank”ın səhmləri standard bazar seqmentində listinqə daxil edilib. Ticarətə Bankın 50 835 səhmi buraxılıb.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,003 mln. manatdır. Bankın səhmləri 6 hüquqi və 21 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi