​"Turanbank"ın paytaxtdakı filialı yenidən istifadəyə verib

​"Turanbank"ın paytaxtdakı filialı yenidən istifadəyə verib Regionlarda olan xidmət nöqtələri Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda yerləşir
Maliyyə
9 May , 2015 10:13
​Turanbankın paytaxtdakı filialı yenidən istifadəyə verib

Bakı. 9 may. REPORT.AZ/ "Turanbank" ASC-nin Bakı şəhərinin Binəqədi rayonunda yerləşən filialının korporativ standartlara uyğun müasir dizaynda təmir olunmuş ofisinin açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, açılış mərasimində Bankın, onun struktur bölmələrinin rəhbərləri və filialın əməkdaşları iştirak ediblər.

Binəqədi filialında müştərilərə biznes, mikro və istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər göstərilir.

Bankın hazırda 9-u rayonlarda olmaqla 16 xidmət nöqtəsi və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Regionlarda olan xidmət nöqtələri Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda yerləşir.

Son xəbərlər

Orphus sistemi