“Turanbank”ın öhdəlikləri artıb

“Turanbank”ın öhdəlikləri artıb Bakı. 15 yanvar. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 3,2% artaraq bu il yanvarın 1-nə 492 606 min manat təşkil edib. Hesabat dövründə Turanbankın kredit portfeli 17,4% artaraq 313 080 min manat olub.
Maliyyə
15 Yanvar , 2019 16:56
“Turanbank”ın öhdəlikləri artıb

Bakı. 15 yanvar. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 3,2% artaraq bu il yanvarın 1-nə 492 606 min manat təşkil edib. Hesabat dövründə "Turanbank"ın kredit portfeli 17,4% artaraq 313 080 min manat olub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə bankın cəmi öhdəlikləri 3,6% artaraq 433 473 min manat, o cümlədən depozit portfeli 11,6% artaraq 253 785 min manat olub. 2018-ci ilin sonuna "Turanbank"ın nizamnamə kapitalı 55 003 min manat, cəmi kapitalı isə 59 133 min manat təşkil edib.

"Turanbank" 2018-ci ildə 70 min manat mənfəət əldə edib. Bankın faiz gəlirləri 30 931 min manat, faiz xərcləri 21 223 min manat, qeyri-faiz gəlirləri 2 994 min manat, qeyri-faiz xərcləri isə 11 970 min manat təşkil edib.

Xatırladaq ki, 2017-ci ildə bank 725 min manat zərər edib.

Son xəbərlər

Orphus sistemi