“TuranBank” ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanıb. Adıçəkilən layihə Avropa İttifaqının (Aİ) “EU4Business Initiative” Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Sentyabrın 7-də “Four Seasons” hotelində EBRD bu layihələrin yekunlarına həsr olunmuş bağlanış tədbiri keçirib. Tədbirdə Azərbaycanın maliyyə institutlarının potensialının artırılmasına dəstək proqramının uğurla başa çatması qeyd olunaraq layihədə aktiv iştirak edən bank əməkdaşlarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Adıçəkilən texniki yardım layihəsi çərçivəsində “TuranBank” Risk, Komplayns və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması modulları üzrə əməkdaşlıq edib. Risk və Komplayns modulu çərçivəsində həyata keçirilən layihə Bankda risk nəzarət tədbirlərinin effektiv idarə edilməsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə edib. Layihəni nüfuzlu beynəlxalq konsultasiya şirkəti olan “TA Consult Partners” uğurla icra edib. MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən modulun əsas məqsədi isə “TuranBank”ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olub. Qeyd edilən layihəni isə nüfuzlu “Biznes və Maliyyə Məsləhət” (“Business & Finance Consulting GMBH BFC”) konsultasiya şirkəti uğurla icra edib.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən “TuranBank” bundan sonra da potensial biznes layihələri üzrə həm EBRD, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcək.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi
“TuranBank”
Bizimlə etibarlıdır ...


