"Turanbank" ilk yarımilliyi zərərlə yekunlaşdırıb

"Turanbank" ilk yarımilliyi zərərlə yekunlaşdırıb Bakı. 14 iyul. REPORT.AZ/ “Turanbank” ASC-nin aktivləri ilin əvvəlindən 1,28% azalaraq 2017-ci il iyulun 1-nə 521,481 mln. manat təşkil edib. Kredi...
Maliyyə
14 İyul , 2017 17:34
Turanbank ilk yarımilliyi zərərlə yekunlaşdırıb

Bakı. 14 iyul. REPORT.AZ/ “Turanbank” ASC-nin aktivləri ilin əvvəlindən 1,28% azalaraq 2017-ci il iyulun 1-nə 521,481 mln. manat təşkil edib. Kredit poretfeli isə 0,62% artaraq 284,244 mln. manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri bu müddətdə 1,37% azalaraq iyulun 1-nə 462,573 mln. manat olub. Müştəri depozitləri isə əksinə artıb. Belə ki, depozit portfeli ilin əvvəlindən 15,30% artaraq iyulun 1-nə 260,776 mln. manata çatıb. 

Cari il iyulun 1-nə "Turanbank"ın səhm kapitalı 55,003 mln. manat, məcmu kapitalı 69,171 mln. manat təşkil edib.

Bank cari ilin birinci yarısında 948 min manat zərər edib. Ilk yarımillikdə Bankın faiz gəlirləri 15,151 mln. manat, qeyri-faiz gəlirləri 2,506 mln. manat, faiz xərcləri 10,994 mln. manat, qeyri-faiz xərcləri 6,554 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi