​"Turanbank" IFC-dən ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb

​"Turanbank" IFC-dən ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb Kredit Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün cəlb olunub
Maliyyə
30 Oktyabr , 2015 10:28
​Turanbank IFC-dən ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Turanbank" ASC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzaladığı 5 illik və ümumi həcmi 7 mln. ABŞ dolları olan kredit sazişi çərçivəsində 3,5 mln. dollar həcmində sayca ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb. Bu barədə "Report"a Bankın baş ofisindən məlumat verilib.

Məlumata görə, kredit mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə cəlb edilib.

Qeyd olunan maliyyə cəlbetməsi üzrə saziş Bankın IFC ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank 2011-ci ildə də IFC-dən MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 mln. dollar həcmində vəsait cəlb edib.

Xatırladaq ki, "Turanbank"ın 16 xidmət nöqtəsi və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Xidmət məntəqələrinin 9-u regionlarda yerləşir. 

Son xəbərlər

Orphus sistemi