Göstərilən müddətdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, hazırda "Turan Bank"ın 15 xidmət nöqtəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Belə ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb.