“​Turan Bank” yeni kredit kampaniyası keçirir

“​Turan Bank” yeni kredit kampaniyası keçirir Azərbaycanın "Turan Bank" ASC sentyabrın 22-24-də Neftçilər Günü münasibətilə Dövlət Neft Şirkəti
Maliyyə
19 Sentyabr , 2014 18:01
“​Turan Bank” yeni kredit kampaniyası keçirir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC sentyabrın 22-24-də Neftçilər Günü münasibətilə Dövlət Neft Şirkəti, Energetika Nazirliyi, neft hasilatı və emalı sahəsində fəaliyyət göstərən yerli və xarici özəl şirkətlərin əməkdaşları üçün istehlak kreditlərinə 3% endirim edib.

“Turan Bank”ın mərkəzi ofisindən “Report”a verilən məlumata görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim "Turan Bank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Hazırda Bankın şlkə üzrə 15 xidmət məntəqəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, "Əsrin müqaviləsi"nin imzalandığı gün - sentyabrın 20-si Azərbaycanda neftçilərin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi