​"Turan Bank" yeni kredit kampaniyası keçirir

​"Turan Bank" yeni kredit kampaniyası keçirir Bank vergi işçilərinə istehlak kreditləri ilə bağlı endirim təklif edir
Maliyyə
10 Fevral , 2015 13:11
​Turan Bank yeni kredit kampaniyası keçirir

Bakı. 10 fevral. REPORT.AZ/ "Turan Bank" ASC Vergilər Nazirliyinin əməkdaşları üçün peşə bayramları münasibətilə fevralın 11-13-də mövcud istehlak kreditlərinin illik dərəcəsində 3% endirim edir. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, hər il fevralın 11-i Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Vergilər Nazirliyi 2000-ci il fevralın 11-də yaradılıb. 

Son xəbərlər

Orphus sistemi