Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramları münasibətilə dekabrın 17-19-da onlar üçün mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.
Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2010-cu il 10 noyabr tarixli sərəncamı ilə hər il ölkədə dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.