"TuranBank" I yarımilin maliyyə nəticələrini elan edib

"TuranBank" I yarımilin maliyyə nəticələrini elan edib “Turan Bank” ASC bu ilin I yarısını 852 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 14,786 milyon manat zərərlə çıxmışdı.
Maliyyə
15 iyul 2024 13:20
TuranBank I yarımilin maliyyə nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2024-cü ilin I yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

II rübün yekunlarına görə Bankın cəmi aktivləri 872 milyon manata çatıb. Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12,1 % və yaxud 69,4 milyon manat artaraq 645 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 13,4 % və yaxud 44,5 milyon manat artaraq 375,4 milyon manat təşkil edib. Bankın depozit portfeli 454 milyon manat, fiziki şəxslərin depozitləri isə 0,5 % və yaxud 2,1 milyon manat artaraq 389,6 milyon manat təşkil edib.

Rüb ərzində "TuranBan"k institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib, Asiya İnkişaf Bankı (AİB) ilə beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalayıb. Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) "TuranBank"ı daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Bununla yanaşı, hesabat dövründə Bank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşma sahəsində aparıcı banklarından sayılan "HAB Bank"la əməkdaşlıq çərçivəsində ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edib. "TuranBank"ın "HAB Bank"la əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.

1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

"TuranBank"

Bizimlə etibarlıdır ...

Son xəbərlər

Orphus sistemi