​​​​​​​“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

​​​​​​​“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib “Turan Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Maliyyə
29 Noyabr , 2021 09:13
​​​​​​​“Turan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Turan Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 4 999 922 manat və yaxud 6,67% artırılaraq 75 005 322 manatdan 80 005 244 manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün “Turan Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 082 manat olan 4 621 ədəd yeni adi, sənədsiz, adlı səhmi Bankın fiziki şəxs səhmdarları əldə edib. Son nəticədə 20 fiziki şəxsin payı 55,3%-dən 58,1%-ə çatıb. Əvəzində 8 hüquqi şəxsin payı isə 44,7%-dən 41,9%-ə düşüb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi