“Turan Bank”ın mənfəəti 5 dəfədən çox artıb

“Turan Bank”ın mənfəəti 5 dəfədən çox artıb “Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 329 min manat mənfəətlə başa vurub.
Maliyyə
14 Oktyabr , 2019 15:53
“Turan Bank”ın mənfəəti 5 dəfədən çox artıb

“Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 329 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,1 dəfə çoxdur.

9 ay ərzində “Turan Bank”ın gəlirləri 28,181 milyon manat (illik müqayisədə 11,4% çox), xərcləri 27,52 milyon manat (11,9% çox), xüsusi ehtiyatlara ayırmaları isə 332 min manat (47,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 517,997 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Bunun 335,367 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 2,6% azalaraq 443,358 milyon manata düşüb, o cümlədən depozit portfeli 1,3% artaraq 256,543 milyon manata çatıb, balans kapitalı isə 26,5% artaraq 74,64 milyon manat, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 70,004 milyon manat təşkil edib.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. 

İngilis versiyası Turan Bank quadruples profit

Son xəbərlər

Orphus sistemi