Hesabat dövründə bankın kredit portfeli 18% artaraq 212,5 mln. manata çatıb. Bunula yanaşı, müştəri hesabları və depozit portfeli 131,7 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 67,7 mln. manat olub.
Bankdan bildirilib ki, oktyabrın 1-nə nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb, məcmu kapital isə 22% artaraq 55 mln. manat təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində Bankın gəlirləri 24,267 mln. manat, xərcləri 18,652 mln. manat, balans mənfəəti isə 5,615 mln. manat təşkil edib.
Qeyd edək ki, hazırda "Turan Bank"ın 15 xidmət nöqtəsi (bunun 8-i regionlarda yerləşir) və 17 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.