“Troni İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub

“Troni İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinə (MDM) üzv qəbul edilib.
Maliyyə
17 Noyabr , 2022 14:56
“Troni İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv olub

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinə (MDM) üzv qəbul edilib.

Bu barədə "Report"a MDM-dən bildirilib.

Məlumata görə, bununla da Mərkəzin üzvü olan investisiya şirkətlərinin sayı 13-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti”ni ötən ilin oktyabr ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B, mənzil 33, nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Rəhman oğlu Əmiraslanovdur.

Son xəbərlər

Orphus sistemi