Tokio Fond Birjasında indekslər yüksəlib

Tokio Fond Birjasında indekslər yüksəlib Çərşənbə günü Tokio Fond Birjasının əsas göstəriciləri ABŞ-da keçirilən prezident seçkisindən sonra səslərin hesablanması fonunda təxminən 2% artıb.
Maliyyə
4 Noyabr , 2020 12:51
Tokio Fond Birjasında indekslər yüksəlib

Çərşənbə günü Tokio Fond Birjasının əsas göstəriciləri ABŞ-da keçirilən prezident seçkisindən sonra səslərin hesablanması fonunda təxminən 2% artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Yaponiya üçün əsas olan və ölkənin 225 aparıcı şirkətinin səhm qiymətlərini əks etdirən “Nikkei” indeksi alış-verişlərin sonunda noyabrın 2-nə (çərşənbə axşamı dövlət bayramı ilə əlaqədar birja işləmirdi – red.) olan qiymətlə müqayisədə 1,72%, başqa sözlə 23 695,23 bəndinə qədər artıb. Birjanın elit birinci hissəsindəki bütün şirkətlərin səhm qiymətlərini fiksə edən daha geniş TOPIX indeksi isə 1,2% artaraq 1627,25 bəndə qədər yüksəlib.

Tokiodakı kotirovkalara ABŞ-ın ticarət meydanlarındakı artım təsir edib. Eyni zamanda, investorlar səsvermə nəticələrinin yubanması səbəbindən hansı namizədin qazanacağından əmin deyil.

Xatırladaq ki, 2016-cı ildə Donald Trampın qələbəsini göstərən ilkin nəticələr fonunda Tokioda birja indeksləri 5% azalmışdı. O zaman Yaponiyada Trampın seçilməsinin ikitərəfli münasibətlərə necə təsir edəcəyi bəlli deyildi, amma indi vəziyyət fərqlidir və Tokio ilə Vaşinqton arasındakı ittifaqda heç bir dəyişiklik gözlənilmir.

Son xəbərlər

Orphus sistemi