Bakı. 26 oktyabr. REPORT.AZ/ Son il yarım ərzində ABŞ-da iqtisadi artımı dövlət büdcəsi xərclərinin, xüsusilə də müdafiə xərclərinin artırılması stimullaşdırıb.
“Report” xəbər verir ki, bu barədə “
Məlumatda deyilir ki, ötən ilin aprel ayından ABŞ iqtisadiyyatı 2,9% böyüyüb. Ölkənin Ticarət Nazirliyinin müşahidələrinə əsasən, iqtisadi artımı təşviq edən amillər arasında həmçinin özəl invesitisiyaların, istehlak xərclərinin və ixrac artması da yer alıb. Hərbi xərclər isə ABŞ-ın ümumi iqtisadi artımını orta hesabla 0,21 faiz bəndi artırıb.
Respublikaçılar və Demokratlar arasında əldə edilmiş konsensusa əsasən, 2017-2018-ci il maliyyə ilində ABŞ-da müfadiə xərcləri 6% artırılıb. Konqresmenlər hərbi büdcənin cari və növbəti ildə rekord məbləğdə - 300 mlrd. ABŞ dolları artırılmasını təsdiqləyiblər.