"The Economist" dünya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

"The Economist" dünya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb Bakı. 2 mart. REPORT.AZ/ Qlobal iqtisadiyyatın dayanıqlı inkişafına baxmayaraq, hazırda son onilliklərin ən yüksək riskli dövrü yaşanır. 
Maliyyə
2 Mart , 2018 14:14
The Economist dünya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

Bakı. 2 mart. REPORT.AZ/ Qlobal iqtisadiyyatın dayanıqlı inkişafına baxmayaraq, hazırda son onilliklərin ən yüksək riskli dövrü yaşanır. 

"Report" xəbər verir ki, bu barədə "The Economist" jurnalının "Economist İntelligence Unit" (EIU) analitik bölməsi məlumat yayıb. 

Məlumata görə, risklərin bir hissəsi ABŞ, avrozona və Çin iqtisadiyyatında, bir hissəsi isə qlobal risk kimi ortaya çıxır. 

EIU qlobal iqtisadiyyata aid riskləri 25 ballıq təsir şkalası ilə qiymətləndirib. Risklərin gücünün qlobal Ümumi Daxili Məhsula (ÜDM) təsiri 0-2 faiz bəndi arasında dəyişir. 

Qiymətləndirmə şkalasında ilk sırada əsas fond birjalarında uzunmüddətli geriləmələr və volatillik indeksinin (VIX) yüksəlməsi amili yer alıb ki, bunun da risk əmsalı 15 balla qiymətləndirilib. Həmçinin ABŞ-ın proteksionist siyasətinin qlobal ticarətə mənfi təsiri də 15 balla qiymətləndirilib.

Üçüncü sırada 12 balla Cənubi Çin dənizindəki geosiyasi problemlər yer alıb ki, bu da son nəticədə Çinlə Asiyanın bəzi ölkələri arasında müharibəyə səbəb ola bilər. Növbəti sırada 12 balla qlobal ÜDM-in 4% artması göstərilir. EIU-a görə risklər həmçinin müsbət istiqamətdə ola bilər. Qlobal kiberhücumlar da 12 balla qiymətləndirilib və dövlət orqanları ilə şirkətlərin fəaliyyətinə təhlükə kimi görünür.

Növbəti üç sıranı 10 balla Çindəki iqtisadi durğunluq, Koreya yarımadasındakı hərbi münaqişə və Yaxın Şərqdəki münaqişələr tutub.

Doqquz balla neftin ucuzlaşması, 5 balla avrozonadan bir çox ölkələrin ayrılması qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi