“Texnikabank”ın kreditorlarının tələbləri yenidən qeydiyyata alınacaq

“Texnikabank”ın kreditorlarının tələbləri yenidən qeydiyyata alınacaq Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
21 Fevral , 2017 14:41
“Texnikabank”ın kreditorlarının tələbləri yenidən qeydiyyata alınacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Ləğv prosesində olan “Texnikabank” ASC-nin əvvəlki ləvedicisi kreditorların tələblərinin qeydiyyatını qanunvericiliyin tələblərinə uyğun aparmamaqla natamam həyata keçirib, bu isə bankın hazırki ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) tələblərin qeydiyyatını yenidən həyata keçirməsi zərurəti yaradıb.

“Report” xəbər verir ki, bu barədə ADİF-in açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Texnikabank”ın proqram təminatı və məlumat baza sistemi yararsız halda olduğundan fond sistem məlumatlarının bərpasına kifayət qədər vaxt sərf edib. Bu da öz növbəsində qeydiyyatı aparılmış kreditor tələblərinin sistem məlumatları ilə üzləşdirilməsi və kreditor tələblərinin reyestrinin tərtibatını yubadıb. 

Son xəbərlər

Orphus sistemi