“Texnikabank”ın əmlakı icarəyə verilir

“Texnikabank”ın əmlakı icarəyə verilir Fevralın 8-də ləğv prosesində olan “Texnikabank” ASC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
Maliyyə
6 Fevral , 2023 12:46
“Texnikabank”ın əmlakı icarəyə verilir

Fevralın 8-də ləğv prosesində olan “Texnikabank” ASC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 270,9 kv.metrlik qeyri-yaşyış sahəsindən gedir.

Xatırladaq ki, “Texnikabank” ASC-nin lisenziyası 2016-cı il fevralın 10-dan ləğv edilib.

Son xəbərlər

Orphus sistemi