​“Texnikabank”a tələbləri olan kreditorlara xəbərdarlıq edilib

​“Texnikabank”a tələbləri olan kreditorlara xəbərdarlıq edilib Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir
Maliyyə
19 Fevral , 2016 18:28
​“Texnikabank”a tələbləri olan kreditorlara xəbərdarlıq edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Ləğv prosesində olan “Texnikabank” ASC-yə tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün aprelin 15-dək ləğvedici şirkət “M.M.M. PerfektKonsaltinq” MMC-ə (Xətai ray., Babək pr. 16) müraciət edə bilərlər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

Banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Qeyd edək ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnikabank ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. “M.M.M. PerfektKonsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib.

Son xəbərlər

Orphus sistemi