"Texnika Bank" və "Alfa Sığorta"nın əmlakları hərraca çıxarılır

"Texnika Bank" və "Alfa Sığorta"nın əmlakları hərraca çıxarılır Sentyabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnikabank" ASC və onun törəmə şirkəti - "Alfa” Sığorta ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Maliyyə
5 sentyabr 2022 11:34
Texnika Bank və Alfa Sığortanın əmlakları hərraca çıxarılır

Sentyabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnikabank" ASC və onun törəmə şirkəti - "Alfa” Sığorta ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 87 ünvanındakı 4 mərtəbəli binanın I mərtəbəsində və 1 mərtəbəli binanın I mərtəbəsində yerləşən, ümumi sahəsi 259,7 kvadretmetr olan qeyri-yaşayış sahələrindən gedir.

Əmlaklara ümumilikdə 1,1 milyon manat qiymət qoyulub.

Son xəbərlər

Orphus sistemi