“Tesla” rekord mənfəət əldə edib

“Tesla” rekord mənfəət əldə edib “Tesla” şirkətinin bu ilin üçüncü rübündəki gəliri 57 faiz artaraq 13,8 milyard dollara, xalis mənfəəti isə 5 dəfəyədək artaraq 1,6 milyard dollara çatıb.
Maliyyə
21 Oktyabr , 2021 17:25
“Tesla” rekord mənfəət əldə edib

“Tesla” şirkətinin bu ilin üçüncü rübündəki gəliri 57 faiz artaraq 13,8 milyard dollara, xalis mənfəəti isə 5 dəfəyədək artaraq 1,6 milyard dollara çatıb.

“Report” “Komersant”a istinadən xəbər verir ki, şirkət indiyədək əldə edilən ən yüksək mənfəətə nail olub. Bu yüksək nəticələr Çində satışların artması və istehsalat məsrəflərinin azalması hesabına əldə edilib.

Həmçinin bu ayın əvvəlində açıqlanan hesabata görə “Tesla” üçüncü rübdə 241 min elektromobil satıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 72 faiz çoxdur. Ekspertlərin fikrincə, dördüncü rübdə satışlar 266 min, bütövlükdə ilin yekununda isə 900 min olmalıdır.

Son xəbərlər

Orphus sistemi