"Tesla" nəhayət mənfəət əldə edib

"Tesla" nəhayət mənfəət əldə edib Şirkət III rübdə 24 821 avtomobil satıb
Maliyyə
28 Oktyabr , 2016 05:04
Tesla nəhayət mənfəət əldə edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünyanın ilk və ən böyük elektrikli avtomobil istehsalçısı "Tesla Motors" 2016-cı ilin III rübündə 21,9 mln. dollar xalis mənfəət əldə etdiyini açıqlayıb. 

"Report", "Vesti" agentliyinə istinadən xəbər verir ki, keçən ilin analoji dövründə şirkət 229,9 mln. dollar zərər edib. Hesabatın açıqlanmasından sonra "Tesla"nın səhmlərinin qiyməti 5,7% artaraq 213 dollara yüksəlib.

Qeyd edək ki, analitiklər "Tesla"nın səhm başına 54 sent zərər etdiyini proqnozlaşdırırkən, şirkət 74 sent mənfəət əldə etdiyini açıqlayıb. Şirkətin III rübdə gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 1 363,2 mlrd. dollar və ya 2,45 dəfə artaraq 2,3 mlrd. dollara yüksəlib. 

"Tesla" həmçinin III rübdə satış hədəfi olan 24 500 avtomobildən 321 ədəd və ya 1,3% daha çox avtomobil satmağa müvəffəq olub. İlin sonuna qədər şirkət 25 500 avtomobil satmağı planlaşdırıb.

2010-cu ildə fond birjasında ilkin yerləşdirmə həyata keçirən "Tesla" o zamandan bəri ancaq bir dəfə - 2013-cü ildə xalis mənfəət əldə edib. Analitiklər şirkətin itkilərlə fəaliyyət göstərəcəyini ehtimal etsələr də, "Tesla" xalis mənfəətə çıxmağı bacarıb. 

Son xəbərlər

Orphus sistemi