Təminat Fondunun qalığı 1 milyard manata yaxınlaşıb

Təminat Fondunun qalığı 1 milyard manata yaxınlaşıb 2022-ci ilin sonuna “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun (Təminat Fondu) qalığı 488,6 milyon manat və 290 milyon ABŞ dolları (manat ifadəsində 493 milyon manat) olmaqla, ümumilikdə manat ifadəsində 981,6 milyon manat təşkil edib.
Maliyyə
24 May , 2023 12:11
Təminat Fondunun qalığı 1 milyard manata yaxınlaşıb

2022-ci ilin sonuna “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun (Təminat Fondu) qalığı 488,6 milyon manat və 290 milyon ABŞ dolları (manat ifadəsində 493 milyon manat) olmaqla, ümumilikdə manat ifadəsində 981,6 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 141,6 milyon manat və yaxud 16,9 % çoxdur.

Ötən il Təminat Fondundan ümumilikdə 119,1 milyon manat, o cümlədən 100,7 milyon manat, 9,9 milyon ABŞ dolları (16,9 milyon manat) və 0,8 milyon avro (1,5 milyon manat) istifadə edilib.

2022-ci il ərzində dövlət təşkilatları dövlət zəmanətli borcları üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilməmələri səbəbindən, Təminat Fondundan həmin öhdəliklərin yerinə yetirilməsi üçün 119,1 milyon manat məbləğində vəsait yönəldilib.

Belə ki, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə buraxdığı övlət zəmanətli veksellər üzrə 219,6 milyon ABŞ dolları məbləğində qalıq öhdəliklərinin bir qisminin bağlanması məqsədilə Təminat Fondunun vəsaiti hesabına 100 milyon manat (58,8 milyon ABŞ dolları) məbləğində vəsait Banka ödənilib. Ödənilmiş vəsait çıxıldıqdan sonra qalıq borc 169,4 milyon ABŞ dolları təşkil edib.

“İki ədəd “Boeing 787-8” tipli sərnişin təyyarəsinin və bir ədəd “General Electric” Model “GEnx-1B” Ehtiyat Mühərrikinin alınması” layihəsinin, “Hava nəqliyyatına nəzarət məqsədli avadanlığın modernizasiyası vasitəsilə Naxçıvan MR-in təcriddən çıxarılması, Naxçıvan və Gəncə aeroportlarında enişlərə yardımı təmin etmək” layihəsinin və “Bakı hava limanı təcili yardım” və “Bakı Hava Limanı II təcili yardım tədbirləri” layihələrinin maliyyələşdirilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dövlət zəmanəti ilə cəlb etdiyi kreditlər üzrə ümumilikdə 9,9 milyon ABŞ dolları və 0,8 milyon avro məbləğində ödənişlər Təminat Fondundan “Citibank N.A”, “Natixis Banques Populaires” və “KfW” banklarına ödənilib.

Son xəbərlər

Orphus sistemi