“Tekfen Holding” mənfəətinin azalmasının səbəblərini açıqladı

“Tekfen Holding” mənfəətinin azalmasının səbəblərini açıqladı Bu ilin yanvar-sentyabr aylarını şirkətlər qrupu zərərlə başa vurub.
Maliyyə
439
23 Oktyabr , 2020 13:11
“Tekfen Holding” mənfəətinin azalmasının səbəblərini açıqladı

Bu ilin yanvar-sentyabr aylarını Türkiyənin “Tekfen Holding” şirkətlər qrupu 15 milyon TL (1,88 mln ABŞ dolları) zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 258 milyon Tl (32,354 mln ABŞ dolları) məbləğində xalis mənfəət əldə etmişdi.

Bunu “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, xalis mənfəətin azalmasında şirkətin Qazaxıstandakı 2 layihəsinin koronavirus pandemiyasının təsiri ilə dayandırılması səbəb olub.

9 ayda “Tekfen”in öhdəlik (müqavilələr) seqmenti 36% kiçilib, gübrə-terminal seqmenti 1,02 mlrd TL (illik müqayisədə 78% çox), inşaat seqmenti 270 milyon TL xalis zərərə uğrayıb

Qeyd edək ki, şirkətin xalis mənfəəti illik müqayisədə 106%, mənfəəti isə II rüblə müqayisədə 115% azalıb.

Son xəbərlər

Orphus sistemi