​​​​​​​Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xalis mənfəəti 5 dəfə artıb

​​​​​​​Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xalis mənfəəti 5 dəfə artıb Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2021-ci ili 386 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
23 Sentyabr , 2022 17:26
​​​​​​​Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xalis mənfəəti 5 dəfə artıb

Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2021-ci ili 386 min manat xalis mənfəətlə başa vurub.

“Report” Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 4,5 dəfə çoxdur.

Bu il yanvarın 1-nə TKTA-nın həm aktivləri, həm də balans kapitalı 782 min manat olub ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Qurumun öhdəliyi yoxdur.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi