Təcili göndərilən vəsaitləri onlayn rejimdə plastik karta köçürmək olacaq

Təcili göndərilən vəsaitləri onlayn rejimdə plastik karta köçürmək olacaq Koronavirusun (COVID-19) yayılması ilə əlaqədar insanların sağlamlığını qorunması üçün Zolotaya Korona təcili pul köçürmələri sistemindən əldə olunan vəsait mobil tətbiqetmə üzərindən plastik karta köçürülə bilər.
Maliyyə
514
6 Aprel , 2020 16:33
Təcili göndərilən vəsaitləri onlayn rejimdə plastik karta köçürmək olacaq

Koronavirusun (COVID-19) yayılması ilə əlaqədar insanların sağlamlığını qorunması üçün "Zolotaya Korona" təcili pul köçürmələri sistemindən əldə olunan vəsait mobil tətbiqetmə üzərindən plastik karta köçürülə bilər.

Şirkətdən “Report”a verilən məlumata görə, "Zolotaya Korona"dan "Pul köçürmələri" https://koronapay.com/m/az15 mobil tətbiq etməsində Azərbaycandakı istənilən bankın VISA və ya "Mastercard" (Maestro) kartına köçürmək mümkündür.

Plastik karta pul köçürmək üçün:

- "Tarix" bölməsində plastik karta yatırmaq istədiyiniz köçürməni tapın;

- Alıcının soyadı, adı və ata adını göstərin;

- Alıcının kart məlumatlarını daxil edin;

- "Karta əlavə et" düyməsini basın.

Video təlimatı https://yadi.sk/d/6Q4N6T_RPjQ0gA linkindən izləmək olar.

Tətbiqi profil təsvirindəki linkdən yükləyin!

Azərbaycan banklarının kartlarına köçürmə alarkən müştərilərə RNKO "Platejnıy Tsentr" (OOO) xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi