Teatr Xadimləri İttifaqının “Atrabank”dan 10 min manata yaxın alacağı var

Teatr Xadimləri İttifaqının “Atrabank”dan 10 min manata yaxın alacağı var Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bugünkü iclasında məlum olub
Maliyyə
12 May , 2017 15:47
Teatr Xadimləri İttifaqının “Atrabank”dan 10 min manata yaxın alacağı var

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının ləğvetmə prosesində olan “Atrabank” ASC-dən 9 506 manat alacağı var.

“Report” xəbər verir ki, bu, bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında məlum olub.

İclasda mədəniyyət qurumunu onun baş mühasibi Ellada İbrahimova, eləcə də ittifaqın sədr müavini, xalq artisti Rafiq Əliyev təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi